Qərbdən gələn təşkilat Qarabağda müşahidələr aparacaq

Qərbdən gələn təşkilat Qarabağda müşahidələr aparacaq

“İlk dəfədir ki, Qərbdən gələn təşkilat Qarabağda müşahidələr aparacaq”. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Oracle Advisory Group” təşkilatı artıq beşinci dəfə olacaq ki, Azərbaycanda seçkiləri müşahidə edəcək: “Bizim artıq Azərbaycanda 5 nəfər təcrübəli işçilərimiz var. Hansı ki, onlar Azərbaycanda digər komandaları təlimatlandıracaq və bu seçkilərdə olduqca fəal müşahidələr aparacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə