Hər bir vətəndaşımız “Qalib xalqın, qalib Lideri!”nin əsl təbliğatçısıdır!

Hər bir vətəndaşımız “Qalib xalqın, qalib Lideri!”nin əsl təbliğatçısıdır!

Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının sədri

Ümummilli Lider!!! Dahi şəxsiyyət, dünyanı heyran qoyan insan, hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə əbədi abidə ucaldan Heydər Əliyev bu titulu böyük bir əzmkarlıqla qazanıb. Zaman keçdikcə nəcib əmmələrinin və nəhəng layihələrinin bəhrəsi daha uca zirvələri fəth etdikcə ulu öndər Heydər Əliyevin dünya lideri olması, türk dünyasının ən tanınmış dahiləri ilə eyni sırada dayandığı hər kəsə tərəfindən qəbul edilir. Bəli, hər kəsin qəbul etdiyi bir həqiqət var: Heydər Əliyev dahidir, müdrikdir, yenilməz!

Azərbaycanın xilaskarı, bərpa olunan dövlət müstəqilliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyəti haqqında düşünərkən günəş kimi parlaq ideyaların həyata keçirilməsi naminə göstərdiyi qətiyyət və əzmkarlığın milli sərvət olduğu birmənalı şəkildə təsdiq olunur. Dahi şəxsiyyətinin xilaskarlıq missiyasının və quruculuq fəlsəfəsinin məna və mahiyyətiniyüzcilidliklərə sığdırmaq imkanı belə məhduddur. Ulu Öndər Azərbaycana bəxş etdiyi ən böyük sərvət isə Prezident İlham Əliyevdir! Bəli, Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan ötən iyirmi ildə yoxu var etməyə, əlçatmaz işlərdən möcüzələr yaratmağa qadir Lider olduğunu təsdiqlədi və bununla bir daha ortaya qoydu ki, ulu öndər Heydər Əliyev bütün qərarlarında və seçimlərində haqlı olub, milli maraqları və dünyəvi dəyərləri eyni tutub, xalqa doğru yol göstərib.

...Parlaq səhifələrlə ürəkləri fəth edən 2003-2023-ci illər! Azərbaycanın dövlətçilik tarixində öz yeri, öz məqsədi, öz prinsipləri və xüsusi nəticələri ilə seçilən bir dövr. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörən xarici və daxili siyasət strategiyası müəyyən edərək ölkənin kompleks inkişafını, xalqın hərtərəfli yüksəlişini, dövlətin bütün parametrlər üzrə qüdrətlənməsinihədəflədi. “Azərbaycan hücum diplomatiyası”,- qısa zaman kəsiyində gözqamaşdırıcı nəticələr qazandı. İki yüz illik erməni yalanları ifşa edildi. Nəticədə qısa zaman kəsiyində Ermənistanın terrorçu və təcavüzkar, erməni toplumunun saxta “erməni məsələsi” xülyasının əsiri olan faşist düşüncəli toplum olduğu bütün dünyaya anlatıldı. Azərbaycan beynəlxalq hüququn bütün aspektlərindən istifadə etməklə ən mötəbər tribunlarda Ermənistanın işğalçı dövlət olduğunu hər yerdə, hamıya və bütün tərəflərə qəbul etdirdi. Çoxistiqamətli Ordu quruculuğu strategiyasının tətbiqi Azərbaycan Silahlı Qüvvələrinə regionun lider ordusu adını qazandırdı. Qırx dörd günlük Vətən savaşında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusu rəşadətli qələbə qazanmaqla təkcə ölkənin ərazi bütövlüyünü deyil, eyni zamanda işğal kölgəsində sıxılan milli qüruru bərpa etdi. Ötən il keçirilmiş 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu hərbi rəşadətin ən böyük mənəvi mahiyyəti odur ki, Azərbaycanın suverenliyi məhz ulu öndər Heydər Əliyevin yüz illiyində-2023-cü ildə bərpa olundu. Müzəffər Ali Baş komandanın qazandığı rəşadətli hərbi Zəfər eyni zamanda türk dünyasının birliyi, birgə inkişafı və dövlət müstəqilliklərinin qorunması baxımından tarixə qızıl hərflərlə yazıldı. Qəhrəman şəhid və qazilərimiz başda olmaqla müzəffər ordumuz Ali Baş Komandanın bütün əmrlərini qüsursuz yerinə yetirməklə bərabər düşmənə qarşı böyük humanistlik göstərərək Azərbaycan xalqının müdrikliyini, dövlətimizin dünyəviliyini əzmlə nümayiş etdirdi.

Qarşıdan 7 fevral prezident seçkiləri gəlir. Bu seçkilərin milli-mənəvi dəyəri və mahiyyəti müstəqilliyinin bərpası dövründə ilk dəfə ölkənin bütün ərazisində səsvermənin məhz Zəfər əhval-ruhiyyəsi ilə keçirilməsidir. Yeri gəlmişkən xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Demokratik Cümhuriyyəti mövcud olduğu 23 aylıq dövrdə belə milli hökumət Xankəndi daxil olmaqla erməni silahlı birləşmələrinin təsirində olan Azərbaycan ərazilərdə özünü tətbiq edə bilməyib. İlham Əliyevin yaratdığı siyasi-mənəvi möcüzə 106 illik separatizmə birdəfəlik son qoyulması ilə xarakterizə olunur. Azərbaycan 1918-ci ildən bəri ilk dəfədir ki, işğalçı Ermənistana qarşı haqlı iddialarını irəli sürür və bunun beynəlxalq hüquqla təsbit olunmasını əsaslandırır. Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış, Naxçıvanın blokadadan çıxarılması məsələləri Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı yeddi illik strategiyanın əsas xəttidir. Azərbaycan mehriban qonşuluq və səmimi dostluq siyasəti ilə bütün regiona sülh və inkişaf konsepsiyası vəd edir. Təəssüf ki, qarşı tərəfdə biz bunu, belə sağlam səyləri görmürük. İşğalçı Ermənistanda baş qaldırmaqda olan revanşist qüvvələrin xəstə düşüncə və bəd niyyətləri bütün regionda sağlam münasibətlərə təhdid yaradır.

...Müstəqilliyi və hər xalqa nəsib olmayan hərb Zəfərini qazanmaq nə qədər çətin və şərəflidirsə onları qorumaq bir o qədər ağır və məsuliyyətlidir. Azərbaycan nicatı, dövlətçiliyimizin qorunması yolu dövlət-xalq vəhdətinin əzmkarlıqla müdafiə olunmasından keçir. Bu birliyin müasir dövrdəki qarantı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevdir. “Qalib xalqın, qalib Lideri!”nə səs vermək Azərbaycanın gələcəyinə, xalqımızın birliyinə, qazanılmış müstəqilliyin və müqəddəs Zəfərin əzmlə qorunmasına səs vermək deməkdir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı böyük müdrikliklə fevralın 7-də fəal şəkildə səsvermə məntəqələrinə gələrək “Qalib xalqın, qalib Lideri!”ni yenidən dövlət başçısı seçərək ölkənin və dövlətin ən etibarlı müdafiəsini təmin edəcəkdir.

P.S. Yanvarın 15-dən start götürən təbliğat və təşviqat prosesində dövlət-xalq vəhdətini tərənnüm edən daha bir həqiqətin şahidi olduq: Hər bir Azərbaycansevərvətəndaşımız öz fəallığı, qətiyyəti və səmimiyyəti, xoş duyğuları və mübarizliyi ilə “Qalib xalqın, qalib Lideri!”nin əsl təbliğatçısıdır!

Bütün xəbərlər Facebook səhifəmizdə