Azərbaycan Türkiyə ilə “yaşıl enerji” körpüsünün yaradılmasını müzakirə edib
Azərbaycan Türkiyə ilə Naxçıvan vasitəsilə “yaşıl enerji” körpüsünün yaradılmasını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
P. Şahbazov Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.
"Görüşdə təbii qaz təchizatı və "yaşıl enerji" sahələrində strateji enerji tərəfdaşlığımızı möhkəmləndirəcək prioriteləri müzakirə etdik. TANAP-ın genişləndirilməsi, Türkiyə və Avropaya qaz tədarükü, İğdır-Naxçıvan kəmərinin inşası, enerji sistemlərinin sinxronlaşdırılması üzrə fəaliyyətimizi nəzərdən keçirdik", - nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB