Seçkiləri izləməyə 23 xarici media qurumu müraciət edib

Seçkiləri izləməyə 23 xarici media qurumu müraciət edib

Prezident seçkilərini izləmək üçün 23 xarici media qurumu müraciət edib. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, indiyədək Yaponiya, Türkiyə, Almaniya, İtaliya , Rusiya və bir sıra ölkələrdən 23 media qurumunun 61 əməkdaşı növbədənkənar prezident seçkilərini izləmək üçün müraciət edib.

M.Pənahov vurğulayıb ki, növbədənkənar prezident seçkilərinə xarici KİV-lərin marağı yüksək səviyyədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə