Türkiyə və Azərbaycan ekspertləri monopoliyaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
SİA xəbər verir ki, müvafiq məlumat bazasının doldurulması üçün məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.
Türkiyə və Azərbaycandan olan antiinhisar tənzimlənməsi sahəsində ekspertlər rəqabət sahəsində informasiya bazasını artırmaq üçün məlumat mübadiləsi aparacaqlar.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Rəsminin sözlərinə görə, o, rəqabət orqanının sədri Birol Kyule ilə ikitərəfli görüş keçirib.
...Görüşdə investisiya layihələrinin həyata keçirilməsində ticarət əlaqələrinin və sağlam rəqabət mühitinin vacibliyindən danışdıq. Hazırlanmış və bu yaxınlarda təsdiq edilmiş Rəqabət Məcəlləsində biznesin eləcə də rəqabət mühitinin davamlı yaxşılaşdırılmasına müasir yanaşmalar barədə məlumat verilib.
Məmməd Abbasbəyli deyib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB