Qarabağ Universitetinin hansı üstünlüyü olacaq? - MÜNASİBƏT BİLDİRİLDİ
"Hər hansı regionda universitet yaradılırsa, oranın mədəniyyətinə, təhsilinə, ziyalı mühitinə ciddi təsir edir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

Təhsil eksperti bildirib ki, Qarabağda da universitetin yaradılması bu baxımdan çox əhəmiyyətlidir: "Bundan başqa regionda tələbələrin, ziyalıların oraya toplaşması mühitin daha da zənginləşməsinə səbəb ola bilər. Orada infrastruktur, tələbələr üçün kompus yaradılacaq, bu da nəinki Azərbaycanda ziyalıların gəlməsi, digər yaxın ölkələrdən də tələbələrin oraya gəlməsinə səbəb ola bilər. Bu da Qarabağın tanınması baxımından çox əhəmiyyətli addımdır".
"Birinci əhəmiyyət kimi mədəni, təhsil mühiti güclənir, digər tərəfdən isə Qarabağın dünyada tanıdılması üçün çox əhəmiyyətli addım hesab olunur" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB