Səhiyyə Nazirliyi 20 Yanvar şəhidlərini yad edib - FOTOLAR

Səhiyyə Nazirliyi 20 Yanvar şəhidlərini yad edib - FOTOLAR

20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə