“Azərbaycan Böyük Qayıdış layihəsini böyük uğurla həyata keçirir“ - ŞƏRH EDİLDİ
“Azərbaycan Prezidentinin Qarabağda gördüyü işlər dünya praktikasında olmayan işdir. Yəni, bütün müharibələrdən sonra adətən çox böyük planlar qəbul olunur və uzun planların həyata keçirilməsi üçün uzun müddət vaxt tələb olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, ölkəmizdə müharibə bitdikdən artıq bir il sonra işğaldan azad edilmiş ərazilərə köç prosesi başladı: “Artıq çox surətlə ərazilərimiz bərpa edilir və məskunlaşma prosesi aparılır. Xüsusilə Füzulidə gedən tikinti-abadlıq işləri yüksək səviyyədədir. Həmçinin Şuşa da sürətli şəkildə bərpa olunur, Xocalı, Xocavənd yenidən qurulur.
Görünən odur ki, Azərbaycan Böyük Qayıdış layihəsini böyük uğurla həyata keçirir və qısa zaman kəsiyində bu uğurlara imza atır. Bu mənada Füzuli Hava Limanı mütləq şəkildə qeyd olunmalıdır, çünki cəmi 8 ay ərzində başa gəldi. Dünya praktikasında isə bu müddət 1 ildən az müddətdə mümkün görünmür. Baxmayaraq ki, işğaldan azad edilmiş ərazilərimizdə həddən çox minalar var, amma həm minaların təmizlənməsi, həm də quruculuq işləri sürətli şəkildə aparılır. Azərbaycan gördüyü işlərlə birmənalı şəkildə həm siyasi, həm də iqtisadi gücünü göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB