Ölkəmizi döyüş meydanına çevirmək istəyirlər - MÜBARİZ QURBANLI

Ölkəmizi döyüş meydanına çevirmək istəyirlər - MÜBARİZ QURBANLI

Kimlərsə bizim də ölkəmizi döyüş meydanına çevirmək istəyirlər. SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İsarəsinin növbədənkənar prezident seçkisi ilə əlaqədar ümumi iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bunun qarşısını almaq lazımdır: "Bunu üçün dünya siyasətini yaxşı bilmək, öz xalqın yanında lider kimi dayanmaq lazımdır. "Sözüm imzam qədər dəyərlidir" deməklə İlham Əliyev öz əməlləri ilə bunu sübut edib. Biz 18 məscidlə müstəqilliyə başlamışdıq. Bu gün 2500-dən məscid var. 2003-2023-cü illər ərzində İlham Əliyev tərəfindən 500-dən çox məscid və ziyarətgah restavrasiya olunub. Kilsə və digər abidələrə də diqqət və qayğı göstərilib. Din xadimlərimiz, inanclı insanlarımız ölkəni hərtərəfli inkişaf etdirən liderə səs verəcəklər. İnsanlarımız seçki günü hamı məntəqələrə gəlməli, vətəndaş mövqeyimizi göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə