"21-ci əsrdə tək qalib ordu var, o da Azərbaycan ordusudur" - EKSPERT BİLDİRDİ
“Azərbaycan ordusu müstəqillik əldə etdiy dövrdə yaranmağa başladı. Bu ordu həm müharibə şəraitində Ermənista işğalına qarşı döyüş əməliyyatlarında iştirak edirdi, həm də formalaşmaq üçün cəhdlər edirdi”. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, müharibə şəraiti Azərbaycan ordusunu arzu edilən bir səviyyədə formalaşmasına imkan vermədi: “1994-cü ilin əvvəllərinə qədər Azərbaycan müəyyən ərazilərinin 20%-ni itirdikdən sonra son əməliyyatla Ermənistanı dayanmağa məcbur etdi və may ayının 12-də Azərbaycan və Ermınistan arasında sülh sazişi imzalandı. Məhz bundan sonra Azərbaycan ordusunda ştat struktur və kadr islahatları keçirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan ordusunda peşəkar zabitlərin vəzifələrə təyinatı istiqamətində ciddi addımlar atıldı. Məhz bu proseslər 2000-ci illərə qədər Azərbaycan ordusunda tamamlandı. Vahid komandanlığa tabe olan, imkanlarına görə Ermənistan ordusundan zəif olmayan bir ordu formalaşdırıldı. Lakin 2000-ci illərdən sonra İlham Əliyevin gəlişi ilə orduya daha ciddi vəsaitlər ayrıldı, dövlətin iqtisadi imkanları artdıqca bunu da güc strukturlarının möhkəmlənməsinə, təhlükəsizlik məsələlərinə daha böyük vəsaitlər ayrıldı. 2000-ci illərdə Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri də yaradılması, möhkəmləndirilməsi baş verdi. Azərbaycan ərazilərinin azad edilməsinin əsas yükünü xüsusi təyinatlılarımızın daşıdığı bir faktdır”.
Ekspert bildirib ki, Azərbaycan ordusu bu gün reytinqlərdə 59-cu yerdə qərarlaşır, amma real potensialına görə 21-ci əsrdə tək qalib ordu var, o da Azərbaycan ordusudur: “Qalan münaqişə ocaqlarının heç birində konkret qalib tərəfi biz görmürük. Odur ki, bizim 59, Ermənistanın isə 102-ci yerdə qərarlaşması çox da ədalətli deyil. Çünki Ermənistan bu gün özündən sonra gələn ölkələrə rəğmən məğlub və fərari orduya malik bir ölkədir. Azərbaycan isə hesab edirəm ki, real güc potensialına görə 40-cı yerlərdədir. Bu göstəricilər gələcəkdə daha da yaxşılaşa bilər. Bunun üçün ordunun həm təminat və təchizatında ciddi addımlar atılır, kadr islahatlarımız davam edir, komando hissələri yaradılır, quru qoşunlarının komandanlığına Azərbaycanın Qarabağ və Zəngəzurda qələbəsini təmin edən general Hikmət Həsənov gətirilir. Bütün bu faktorlar gələcəkdə də irəliyə doğru addımlayacağını deməyə əsas verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB