"Ölkə başçısının səfəri xüsusi əhəmiyyətə malikdir” - ŞƏRH EDİLDİ
“Azərbaycan Respublikası Prezidentinin Neftçala və Lənkərana səfəri ölkəmizin bölgələrinin inkişafından xəbər verir. Bu mənada Neftçala rayonunda su sisteminin yenilənməsinin vurğulanması vacib məsələdir. Həmin zona uzun müddətdir Kür çayının mənsəbinin enməsi nəticəsində su problemi yaşayırdı. Lakin indi yeni su sisteminin salınması bu problemi kökündən həll edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, Neftçala balıqçılığın inkişaf etdiyi bir rayondur və orada su sisteminin yenilənməsi vacib məsələlərdən biri idi: “Bu rayonun gələcək inkişaf perspektivlərindən xəbər verir. Hesab edirəm ki, proses bir neçə istiqamətdə davam edəcək və suvarma sistemlərinin inkişafına öz töhfəsini verəcəkdir. Bu mənada ölkə başçısının səfəri xüsusi əhəmiyyətə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB