“Prezidentin Neftçala səfərinin xüsusi əhəmiyyəti var” - ŞƏRH EDİLDİ
“Ölkə başçısı İlham Əliyev regionlarda gedən inkişaf prosesini daim yaxından izləyir və gərgin iş qrafikinə rəğmən Azərbaycan bölgələrində baş verən proseslərə nəzarət etməyə çalışır. Prezident il ərzində müəyyən vaxtlarda bölgələrə səfər edir. İlham Əliyevin bölgələrə səfərləri orada yaşayan insanların sevincinə səbəb olur, çünki dövlət başçısı hər zaman bölgələrə gedərkən, yeni iş yerləri açır, abadlıq və quruculuq layihələrinin startını elan edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, bölgələrdə görülən işlər cənab Prezident İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafına dair sərəncamları əsasında həyata keçirilir, davam etdirilir: “Bu rakursdan Prezidentin Neftçala səfərinin də xüsusi əhəmiyyəti var. Neftçala öz coğrafi imkanları və iqtisadi potensialına görə, Azərbaycanın önəmli regionlarından biri hesab edilir. Artıq orada balıqçılıq təsərrüfatı və digər sahələr üzrə yeni iş yerləri formalaşır ki, bu da əhalinin rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirlərini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB