Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir
“Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Bu fakt inkaredilməzdir ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir”. SİA xəbər verir ki, bu fikirlər “Milli düşüncə” milli-mənəvi dəyərlərin təbliği ictimai birliyinin “Heydər Əliyev İli” ilə bağlı münasibətində qeyd olunub.
Bildirilib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
O da qeyd edilib ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dünyaya inkişafın təkmil inkişaf modelini təqdim edir: “Ulu Öndər müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən beynəlxalq aləmdə özünü təsdiqini, varlığı barədə təsəvvür yaratmasını xüsusi qeyd etmişdir. Bu gün qürurla qeyd edirik ki, Azərbaycanın sözünün imzası qədər dəyəri vardır. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmiz regional inkişafın aparıcı qüvvəsinə çevrilib. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edib. İqtisadi uğurlarımız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir”.
Münasibətdə vurğulanıb ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazdı: “Ölkə Prezidenti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını xalqımızın yaddaşında əbədi qalacağını bildirərək bu mühüm məqamı da xüsusi qeyd etdi ki, 2023-cü il oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB