“Azərbaycan üç il öncə tarixi Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz 44 gündə 30 ilin işğalına son qoyaraq dünya hərb tarixinə yeni səhifə yazdı. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Tarixi Zəfərə imza atıb işğaldan azad edilən torpaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli bayrağımız ucaldılsa da suverenliyimizin tam təmin olunması qarşımızda dayanan əsas hədəf idi və buna 2023-cü ildə nail olduq”. SİA xəbər verir ki, bu fikirlər “Milli düşüncə” milli-mənəvi dəyərlərin təbliği ictimai birliyinin suverenliyimizin tam bərpa olunması ilə bağlı paylaşımında öz əksini tapıb.
Vurğulanıb ki, Azərbaycan hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirsə də Ermənistanın müxtəlif bəhanələrlə yayındığı son üç ilin reallıqlarındandır: “İşğalçı dövlət havadarlarına arxalanaraq bu öhdəliklərin yerinə yetirilməsindən yayınır, silahlı birləşmələrini ərazilərimizdən çıxarmır, əksinə hərbi təxribatlarını davam etdirirdi. Azərbaycan belə vəziyyətlə barışa bilməzdi. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin bir günlük lokal antiterror tədbirləri həyata keçirməsi ilə nəticələndi. Antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Zəfərimizin üçüncü ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi”.
Paylaşımda o da bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasına çevrilib: “Bu ərazilərimiz dünyaya Azərbaycanın təkmil şəhərsalma təcrübəsini təqdim edir. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımızda soydaşlarımızın gələcəkdə rahat yaşayışı üçün bütün şərait yaradılır. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Qayıdışın növbəti ünvanı Xankəndi və Xocalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB