“Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad edildikdən dərhal sonra quruculuq işlərinə başlanıldı. Həmin ərazilərdə quruculuq işlərinin başlaması Azərbaycanın öz tarixi torpaqlarına qayıtmasının göstəricisi idi. Çünki işğal dövründə torpaqlarımız daim ermənilər tərəfindən dağıntılara məruz qalmışdı. Bu da həmin torpaqların ermənilərin olmadığının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.
Deputat bildirib ki, Azərbaycanın öz məqsədlərinə çatmaq üçün addım-addım gördüyü işlər nəticədə torpaqlarımızın işğaldan azad olunmasına gətirib, çıxartdı:
“Torpaqlarımız azad edildikdən dərhal sonra bərpa işlərinə başlanıldı. Artıq Laçın, Füzuli, Ağalı kəndinə soydaşlarımız köçürülüb, həmin ərazilər dirçəlir. Hazırda ümumilikdə 5000-ə yaxın keçmiş məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdıblar. Həm Qarabağ, həm də Şərqi Zəngəzurlə bağlı investisiya proqramları həyata keçirilir, dövlətimizin öz gücü hesabına quruculuq işləri davam edir. Eyni zamanda insanların yaşaması üçün vacib məqamlardan olan su anbarları tikilir. Həmçinin yeni iş yerlərinin fəaliyyətə başlaması da orada həyatın dirçəlməsi üçün əsas amillərdən biridir. Bu da həmin ərazilərdə əkinçiliklə yanaşı, sənayenin inkişafı da mühüm məsələdir. Ağdam və Cəbrayıldı iki sənaye zonası artıq fəaliyyətə başlayıb.
Hesab edirəm ki, 2024-cü il Azərbaycan üçün uğurlu illərdən biri olacaq və işğaldan azad edilmiş ərazilərə köç prosesi daha da sürətli şəkildə həyata keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB