"Prezident seçkilərindən sonra ciddi addımlar atılacaq" - PARTİYA SƏDRİ DANIŞDI
“Azərbaycanda bir sıra məsələlərdə problemlər var. Bu problemlərin aradan qaldırılması üçün müxtəlif sahələrdə islahatlara gedilməlidir”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli istiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, 7 fevralda keçiriləcək prezident seçkilərindən sonra bu istiqamətlərdə ciddi addımlar atılacaq: “Bizim çox böyük problemlərimiz var idi. Torpaqlarımızın bir hissəsi işğal altında idi, suverenliyimiz tam bərpa olunmamışdı. Bu problemlər aradan qaldırıldı. Azərbaycan artıq ərazilərinə tam nəzarət edən bir dövlətdir”.
A.Əlizadə bildirib ki, həm ölkə daxilində, həm də regiondakı reallıqlar dəyişib. Bu problemlər aradan qaldırılandan sonra ölkə daxilində mövcud olan bir sıra naqisliklərin aradan qaldırılması istiqamətində də addımlar atılacaq: “Azərbaycan Prezidenti yerli KİV-lərə verdiyi müsahibəsində də gələcək hədəflərin açıqlanması və o hədəflərə gedilməsi barədə mesaj da verdi. Görünən, bilinən naqisliklərin aradan qaldırıması əsas məsələlərdən biri olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB