"Aşkarlığın müəyyən olunmasında müşahidəçilik institutunun rolu böyükdür"
"Məlum olduğu kimi demokratik cəmiyyətin təşəkkül tapmasında seçkilər mühüm rol oynayır". SİA xəbər verir ki, bu sözləri Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, seçkilərin azad keçirilməsində aşkarlığın təmin olunması əsas tələblərdəndir: "Aşkarlıq prinsipinin təmini vacibdir. Qeyd olunan aşkarlığın təmin olunmasında Müşahidəçilik İnstitutunun rolu böyükdür. Müşahidəçilik seçki prosesinin hansı səviyyədə keçirilməsinə təsir edir. Bu, çatışmazlıqların yerindəcə aradan qaldırılmasına təsir göstərir. Ölkəmizdə aktiv seçki hüququna malik olan vətəndaşlar müşahidəçi qismində iştirak edə bilərlər. Müşahidəçilər səsvermə otağında olmaq, seçicilərin sayını müəyyən etmək və digər hüquqlara malikdirlər".
Aydın Səfixanlı müşahidəçilik, seçicilərin hüquqları və qadağalar barədə məlumatlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB