"Səs" qəzeti Azərbaycanın müstəqilliyi ilə yaşıddır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Səs" Azərbaycanın müstəqilliyi ilə yaşıd qəzetdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, "Səs" qəzetinin yaradılması Azərbaycanın müstəqilliyi uğrunda ilk mübarizələrin başladığı dövrlərə təsadüf edir: "Bu qəzet müstəqillik uğrunda gedən mübarizənin içində doğuldu. Eyni zamanda "Səs" müstəqillik uğrunda mübarizənin təşkilatçılarından və fəal subyektlərindən birinə çevrildi. Ölkəmizin müstəqillik yaşamasına qadir olması, güclü və müstəqil dövlət kimi yaşamaq potensialına, onun inkişaf perspektivlərinə malik olması ilə bağlı təbliğat və təşviqat işlərinin aparılmasında "Səs" qəzetinin böyük rolu olub. "Əkinçi" ənənələrinin yeni müstəqil dövlətçilik şəraitinə uyğunlaşdırılmasında da fəal iştirak "Səs" qəzetinin tərcümeyi-halında şərəfli göstəricilərdən biridir. "Səs" qəzetinin ölkənin özünəməxsus inkişaf modelinin formalaşması uğrunda gedən mübarizədə, həm də mübarizə barədə insanlarda doğru təsəvvürün yaradılmasında da rolu danılmazdır. Cəsarətlə demək olar ki, ölkəmizin inkişaf modelinin formalaşdırılması uğrunda gedən mübarizənin həm aktiv iştirakçısı, həm də təbliğatçısı olmaq kimi şərəfli missiyanı "Səs" qəzeti daşıyır".
O, sözlərinə davam edərək deyib ki, "Səs" qəzeti həm də peşəkar media işçilərini formalaşdırır, məktəb rolunu oynayır: "Səs" qəzetində formalaşmış jurnalistlər bu gün müəyyən media orqanlarına rəhbərlik edirlər. Azərbaycan mediasının simasını müəyyən edən şəxsiyyətlərə çevrilirlər. Uğurlar arzulayıram. "Səs" qəzetinin bundan sonra da dövlətimiz və cəmiyyətimiz üçün böyük iş görəcəyi potensialına şübhə etmirəm. Əminəm ki, ölkə quruculuğunda "Səs" qəzetinin bundan sonrakı iştirakı da həmişə uğurlu nəticələr verəcək. Qarşıdan ölkəmiz üçün çox önəmli prezident seçkiləri gəlir. Ölkənin suverenliyi və müstəqilliyinin tam bərpa olunduğu şəraitdə keçirilən ilk seçkidir. Bu seçkilərin uğurla keçirilməsində də "Səs" media qrupu öz sözünü deyəcək, peşakar iştirakı ilə bu proseslərə öz töhfəsini verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB