"Çinlə yaxınlaşan yox, Çinə güzəşt etməyə məcbur qalan Rusiya" - POLİTOLOQ BİLDİRDİ

"Çinlə yaxınlaşan yox, Çinə güzəşt etməyə məcbur qalan Rusiya" - POLİTOLOQ BİLDİRDİ

"Rusiya ilə Çinin əlaqələri hər zaman çox inkişaf etmiş olub, BMT Təhlükəsizlik Şurasındakı mövcud qruplaşmada Rusiya və Çin həmişə eyni mövqedən çıxış edir, eyni qrupdadırlar". Bu barədə SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, BMT TŞ da uzun illərdir Çin və Rusiya eyni, Böyük Britaniya və ABŞ digər koalisiyadadırlar: "Fransa isə hər iki qrup üzərindən balanslı oynamaqla hər iki tərəfdən faydalanıb. Sonrakı mərhələlərdə, ABŞ Rusiya ilə münasibətlərin gərginləşməsindən sonra istər Çinlə, istər Böyük Britaniya ilə yaxınlaşma kimi mövqelər ortaya qoyublar. Amma bunlar qısa müddətli baş verib".

Y.Hacıyeva qeyd edib ki, Rusiya planına gəldikdə isə Ukraynadakı müharibə Rusiyanın Çindən asılılığını artırıb: "2022-ci ilin mayından başlayaraq səssiz tərzdə Rusiyanın Vlodivostok Portu Çinin daxili Portu elan olunub. Bu kimi nümunələr çoxdur və bunlar Ukraynadakı müharibə üzərindən zəifləmiş Rusiyanın Çinə getdiyi güzəştləri idi. Bu güzəştlər son illər daha çox artmaqdadır. Bu səbəbdən Çinlə yaxınlaşan yox, Çinə güzəştə getmək məcburiyyətində qalan Rusiya demək lazımdır. Plan da əlbəttə Rusiyanın özünü Avropadan, ABŞ-dən gələn sanksiyalardan qorumaq cəhdləridir".

Bütün xəbərlər Facebook səhifəmizdə