"Qazaxın 7 kəndinin işğalı 1920-ci il işğalı ilə bağlıdır" - TARİXÇİ BİLDİRDİ

"Qazaxın 7 kəndinin işğalı 1920-ci il işğalı ilə bağlıdır" - TARİXÇİ BİLDİRDİ

“Qazax rayonunun 7 kəndi ilə Naxçıvanın Kərki kəndi 1990-cı illərin əvvəllərində Azərbaycanın yeni qurulmasında istifadə edilməsindən istifadə edən Ermənistan tərəfindən işğal olunub”. Bu barədə SİA-ya açıqlamasında tarixçi Boran Əziz deyib.

Onun sözlərinə görə, məsələ buradadır ki, Azərbaycanlıların yaşadığı evlərin bir hissəsi hələ də boşdur: “Orada məskunlaşma yoxdur, abadlıq işləri aparılmayıb. Bu da təbiidir, çünki o yerlərin ermənilərə məxsus olmadıqlarından onlar nə vaxtsa azərbaycanlıların qayıdacağını bilirlər”.

B.Əziz bildirib ki, Naxçıvandakı torpaq İrana, Qazaxdakı kəndlər isə Gürcüstana gedən yolun üzərində yerləşdiyindən strateji əhəmiyyətə malikdir: “Yeri gəlmişkən bunu da deyək ki, əslində o kəndlərin anklava düşməsinin səbəbi 1920-ci ildə torpaqlarımızın işğal edilməsindən sonra torpaqlarımızın böyük hissəsinin Ermənistana verilməsi nəticəsində meydana gəlmişdir. Demək olar ki, bu torpaqların ermənilərə peşkəş çəkilib. Ona görə də bu torpaqların işğal edilməsi vətənimizin sovetlər tərəfindən işğalı ilə bağlıdır. Azərbaycan indi nəinki müstəqillik elan edib, cümhuriyyət süqut etdikdən sonra ilk dəfə ərazi bütövlüyünü bərpa etmişdir. Ona görə də həmin torpaqların tələb edilməsi tamamilə haqlı, düzgün addımdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə