“Qazaxıstan dövləti hər zaman Azərbaycanın haqq səsinə dəstək olub” - ŞƏRH EDİLDİ
“Qazaxıstan Azərbaycana dost, qardaş ölkədir. Qazaxıstan xalqı ilə biz eyni kökə, dinə, mədəniyyətə malikik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, son dövrlərdə Orta Asiya ölkələri ilə yaxınlaşma hiss olunur: “Buna sübut olaraq ölkə başçısının həmin ölkələrə olan səfərlərini, həmçinin Orta Asiya dövlət rəsmilərinin də Azərbaycana səfərlərini misal göstərə bilərik. Münasibətlərin bu cür müsbət xətlə sürətli şəkildə irəliləməsi isə Türk Dövlətləri Təşkilatının yaranmasından sonra baş verdi və bu işdə Azərbaycan Prezidentinin rolu böyükdür.
2022-2023-cü illərdə Azərbaycan Prezidentinin Qazaxıstana səfəri və orada keçirilən rəsmi görüşlər iki ölkə arasındakı münasibətin bariz göstəricisidir. Ötən illər ərzində Azərbaycan və Qazaxıstan bir çox təşkilatlar çərçivəsində birgə fəaliyyət göstərir, biri-birinə dəstək olurlar. Qazaxıstan dövləti hər zaman Azərbaycanın haqq səsinə dəstək olub.
Qazaxıstan Prezidentinin ölkəmizə səfəri də münasibətlərin inkişafına öz töhfəsini verəcək. Həmçinin Qazaxıstan dövlət başçısı səfəri çərçivəsində 2023-cü ilin martında Füzulidə təməli qoyulan Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılışında da iştirak edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB