"İran bu prosesdən nəticə çıxarmalıdır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"İran bu prosesdən nəticə çıxarmalıdır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Terror harada baş verməsindən asılı olmayaraq lənətlənməlidir. İstər İranın başqa ölkələrdə törətdiyi, istərsə də İranda kimlərinsə törətdiyi terror hər ikisi eyni mahiyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, terror hər halda vəhşiliyin, insan əleyhinə davranışın bir nümunəsidir: “Ona görə də İran özü də bu prosesdən nəticə çıxarmalıdır. Başqa ölkələrdə həyata keçirdiyi terroru öz ölkəsində görə biləcəyini də təsəvvür etməlidir. Bölgədə həssas bir proses gedir. İranın da bu prosesdə rol alması, hansısa obyekt olaraq seçilməsi sürpriz deyil, İranın da xeyli düşmənləri var. Bütövlükdə İran da gərək özünün xaricdəki terrorçu fəaliyyətini dayandırsın”.

F.Mustafa bildirib ki, İranın atdığı addımlar Yaxın şərqdə, Azərbaycanda istərsə də başqa yerlərdə İranın özü üçün ciddi problemlər yarada bilir: “Hər halda orada vəfat edən insanlara Allahdan rəhmət diləyirik. Çünki bizim harada olmağından asılı olmayaraq hər hansı bir insan ölümünə münasibətimiz mənfidir. Bunu törədən qüvvələrin də tapılıb ifşa olunmasına maraqlıyıq. Bu bizim bölgədə, yaxın qonşumuzda baş verən hadisədir. Hər halda orada belə neqativ hadisələrin baş verməsini kimsə istəməz”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə