“Seçkini öz aləmlərində boykot edən müxalifət…” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Bildiyiniz kimi AXC partiyası seçkilərdə iştirakı boykot edib. Azərbaycan müstəqil demokratik dövlətdir, ölkəmizdə seçki üçün də hər cür şəffaf mühit mövcuddur. İstənilən partiya və ya şəxsin seçkilərdə tam müstəqil iştirakına dövlət təminat verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov müxalifətin neqativ fikirlərinə münasibət bildirərkən deyib.
Deputat sözlərinə belə davam edib: “Seçkini öz aləmlərində boykot edən müxalifət hazırda idarəçilikdə nöqsan və bahanələr axtarmağa cəhd edir. Bu ay il sonudur və nazirlik, qurumlarda ciddi hesablamalar gedir. Təbii ki hazırda bayramla əlaqədar müavinətlər keçməlidir.
Düşünürəm ki, bu sadəcə uşaqcasına tapılmış bahanədir. Seçkidə iştirakdan çəkinən şəxslər uzun müddət bu tip qarışıqlıqlar yaratmağa çalışacaqdır”.
Xatırladaq ki, ötən günlərdə AXCP sədrinin müavini Ayaz Məhərrəmli “Hiss olunur ki, İlham Əliyev ciddi şəkildə seçkilərə hazırlaşır. Bu dəfə keçən seçkilərdən fərqli olaraq seçki komissiyalarının üzvlərinin deyil, xalqın səsinə ehtiyac duyub. O səbəbdəndir ki, hər ay vaxtı-vaxtında verilən pensiyaları belə növbədənkənar seçkilər təyin etdiyi gündən gecikdirməyə başlayıb. Bu gün ayın 27-si olmasına baxmayaraq, pensiyalar hələ də köçməyib. Qoca, ahıl insanların gözləri bayram qabağı pensiya kartlarında, bankomatlarda qalıb. Deyəsən, seçkiləri boykot etməkdə ciddi səhvə yol vermişik” kimi fikirlər söyləmişdi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB