Ermənistanla sülh prosesi barədə danışırıq, lakin burada mühit çox önəmlidir - NAZİR
Ermənistanla sülh prosesi barədə danışırıq, lakin burada mühit çox önəmlidir. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin (XİN) ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, hər hansı müsbət irəliləyişlər ümumi prosesə yaxşı təsir edə bilər: “Bu mənada, dekabrda baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri hesab oluna bilər. Bu razılıq iki ölkə arasında əldə olunub, üçüncü ölkə iştirak etməyib və bu, vacib prosesdir. Sülh gündəliyində bir sıra mühüm proseslər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB