Azərbaycan səfiri danimarkalı parlamentariləri məlumatlandırıb

Azərbaycan səfiri danimarkalı parlamentariləri məlumatlandırıb

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka parlamentinin Xarici əlaqələr komitəsinin sədri Liz Bek və sədr müavini Per Husted ilə görüşüb. SİA-nın xəbərinə görə, səfir həmsöhbətlərə Azərbaycanın keçməkdə olduğu inkişaf yolu, regiondakı post-münaqişə prosesləri və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar haqqında məlumat verib.

Görüş zamanı habelə, geniş potensiala malik Azərbaycan və Danimarka arasında əlaqələrin, xüsusilə də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.

Səfir regional proseslər barədə sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə