Seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara sənədlərin verilməsi prosesinə başlanıb - DİN

Seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara sənədlərin verilməsi prosesinə başlanıb - DİN

Seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb. SİA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, mümkün pozuntuların qarşısı alınması üçün seçkilərin keçirilməsinə mane olmaq istəyən pozucu qüvvələrə qarşı iş rejimi qüvvətləndirilib: “Xüsusi İşçi Qrup yaradılıb. Xarici ölkələrdə olan vətəndaşların siyahısının hazırlanmasına başlanıb. Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də lazımi tədbirlər davam etdirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə