"Azərbaycanda bu hoqqabazlığı qurtarmalıyıq" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ
AXCP sədri Əli Kərimli fevralın 7-də keçiriləcək prezident seçkilərində partiyasının iştirak etməyəcəyini bildirib. Mövzu ilə bağlı SİA-ya danışan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qeyd edib ki, uzun illərdir Azərbaycanda müxalifətin bir kəsimi boykot taktikası keçirir: “Əli Kərimli də bu taktikadan isifadə edirsə bu kökündən yanlış taktikadır. Seçkilərlə hakimiyyətə gəlməyi qarşısına qoyan siyasi təşkilatların borcu seçkilərdə iştirak etməkdir. Bəziləri əsaslandırmağa çalışır ki, ölkədə demokratik seçki mühiti yoxdur deyə seçkilərdə iştirak etmirlər. Ölkədə bu mühitin yaradılması üçün siyasi təşkilatlar çalışmalıdır”.
E.Musayevin sözlərinə görə, bəzi müxalifət partiyaları xarici səfirlər seçkiyə get deyəndə gedirlər, getmə deyəndə getmirlər: “Biz Azərbaycanda bu hoqqabazlığı, oyunbazlığı qurtarmalıyıq. Siyasi təşkilatlar seçkilərdə iştirak etməlidir. Bu seçkilərdə də biz çalışmalıyıq ki, ədalətli, kənar bir təzyiq olmayan seçki keçirək”.
Bütün xəbərlər Facebook səhifəmizdə