“Xalq 90-cı illərin əvvəllərindəki hay-küyə aldanan xalq deyil” -MÜNASİBƏT
“Özünü siyasi müxalifət adlandıran, ancaq de-fakto xaricdəki anti-Azərbaycan, anti-türk qüvvələrin maliyyəsindən yararlanıb ölkədə xaos, qarşıdurma yaratmaq kimi çirkin niyyətə xidmət edən içimizdəki sapı özümüzdən olan (ən azı hüquqi baxımdan-T.N.) baltaların belə üsullara əl atması ilk dəfə deyil”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, bir illik hakimiyyətlərindən "asta qaçan namərddir" deyib qaçan bu qüvvələr işlədikləri bir ildə ölkəni idarə etməkdən başqa hər şeylə məşğul olub da, "vəzifə ehtirasları"nı söndürməyə yönələn fəaliyyətlərindən sonra "bəlkə də qaytardılar" absurd düşüncəsindən xilas ola bilmirlər: “Bu insanların dövlət idarəçiliyinin fəlsəfəsini belə anlamadıqları müxalifət kimi səsləndirdikləri naşı, savadsız fikirlərindən də aydın görünür. "Onlar nə iistəyirlər?" sualına cavab axtarsaq, bir cümlə ilə belə ifadə etmək olar: xaricdəki ağalarının köməyi ilə hakimiyyətə gəlmək və yenə vəzifə, kreslo, hökmranlıq ehtiraslarını doyurmaq! Lakin unudurlar ki, indi xalq 90-cı illərin əvvəllərindəki hay-küyə aldanan xalq deyil. İndi xalq kimin kim olduğunu yaxşı bilir və nə etməli olduğunun da fərqindədir. Azərbaycanın son iyirmi ilinin quruculuq, beynəlxalq imicin artırılması, ildırım sürətli inkişaf və nəhayət ZƏFƏR, QƏLƏB dövrü olduğunu və xalqın bütün hunları ona bəxş edən liderə yenidən etimad göstərəcəyini də yaxşı bilirlər. Belə olduğu halda, ağzı ətə çatmayan pişik kimi, onu "murdar" adlandırmaqdan başqa yolu yoxdur. Yəni, seçkilərə qoşulub heç bir faiz də səs ala bilməyib yenidən rüsvay olmaqdansa, belə şantaj, böhtan metoduna əl atmaları onlar üçün daha sərfəlidir. Həm daxildəki hələ də aldada bildikləri beş-on sadəlövh insanların, həm də xaricdə onların ciblərini dolduran qüvvələrin qarşısında söz deməyə bundan sonra da bəhanə tapmağın ən asan yolu da budur. Əslində xaricdəkilər də onların bu oyunbazlıqlarını yaxşı bilirlər. Sadəcə, ölkədə "su bulandırmaq" üçün başqa ləyaqətini, şərəfini itirən adamlar tapa bilmədiklərinə görə, onların ətəklərini əllərindən buraxmaq istəmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB