“Bir əsgərimiz 16 erməni hərbiçisinə bərabərdir” - MÜNASİBƏT

“Bir əsgərimiz 16 erməni hərbiçisinə bərabərdir” - MÜNASİBƏT

“Azad olunan hərbiçilərimiz yollarını azaraq ermənilərə əsr düşmüşdülər və onları döyərək, təhqir edərək etmədikləri cinayətləri boyunlarına qoyaraq həbsdə saxlamağa çalışırdılar”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Brüssel görüşlərində bir neçə dəfə razılığa gəlinmişdir ki, azmış hərbçilər azad olunsunlar: “Nəhayət 32-i erməni hərbiçi müqabilində bizim iki əsgərimizi azad etməyə razılıq verildi. Bu addım Azərbaycan rəhbərliyinin öz əsgərinə verdiyi dəyəri göstərir. Bir Azərbaycan əsgərinə 16 erməni hərbiçisi dəyişdirildi. Bu hesab edirəm ki, ədalətli dəyişmədir. Çünki həqiqətən də bizim bir əsgərimiz ən azı 16 erməni hərbiçisinə bərabərdir. Azərbaycan əsgərinin nə qədər qəhrəman olduğunu həm 44 günlük Vətən Müharibəsində, həmdə ondan sonra keçən müddət bütün dünyaya sübut elədi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə