Naxçıvan Ali Məclisinin payız sessiyasında növbəti iclasının vaxtı açıqlanıb

Naxçıvan Ali Məclisinin payız sessiyasında növbəti iclasının vaxtı açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasının vaxtı açıqlanıb. SİA xəbər verir ki, iclas 2023-cü il 18 dekabr tarixdə keçiriləcək.

İclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə