“İlham Əliyevdən başqa Azərbaycanı idarə edəcək şəxsiyyət yoxdur” - SORĞU

“İlham Əliyevdən başqa Azərbaycanı idarə edəcək şəxsiyyət yoxdur” - SORĞU

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. SİA bu qərarla bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Əli Bayramov: “İlham Əliyev bizim dahimizdir. Öz varlığını Azərbaycan üçün göstərən atanın yetişdirməsidir. Strategiyası ilə azərbaycanlıları qoruyub saxlayandır. Ona görə də, atasının qəbri nurla doludur. Fəxr etmək lazımdır”.

Şəhər sakini Validə Ağayeva: “Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən razıyam, növbəti prezident seçkilərində İlham Əliyev seçilsin”.

Şəhər sakini Ayşən Məmmədova: “Çox gözəl fikirdəyəm. Seçkilər olsun, yenə də prezidentimizi seçək. İlham Əliyevin siyasətini dəstəkləyirəm”.

Şəhər sakini Vidadi Şirinov: “Biz prezidentimizi sevirik. Allah qoysa, fevralın 7-də ona səs verəcəyik”.

Şəhər sakini Fətəli Qasımov: “Çox müsbət fikirdəyəm. Allah prezidentimizə cansağlığı versin. Ona böyük hörmətimiz var. Allah ondan razı olsun".


Şəhər sakini Təhminə Kazımova: “Allah prezidentimizə cansağlığı versin. İlham Əliyev televizorda çıxış edərkən 4 dildə danışanda mən ağlayıram. Nə yaxşı ki, Allah bizə savadlı, gözəl, yaraşıqlı, hərtərəfli prezident verib. Biz millət olaraq hər şeyə fikir veririk. Ona həm boy, həm savad yaraşır. Bir dəfə canlı yayında zəlzələ oldu, prezident çıxış edirdi. Hamı təşvişə düşdü, bircə o özünü tox tutdu. Allah ona vergi verib. Dəqiq nə dediyi yadımda deyil, amma gülümsədi və sözündən belə anlaşıldı ki, həyatda hər şey olar. Mən həmişə onunla fəxr etmişəm. YAP-ın üzvüyəm, yoldaşım Qarabağ müharibəsi iştirakçısıdır. Bütün ailəmiz ona səs verir”.

Şəhər sakini Nazim Əliyev: “İlham Əliyev yenə prezident seçiləcək. Hələ ki, başqa namizəd görmürəm. Heç kim yoxdur. Ancaq odur və odur. Ondan başqa Azərbaycanı idarə edəcək şəxsiyyət yoxdur”.

Şəhər sakini Məhəbbət İsmayılov: “Biz də səsimizi prezidentimiz Cənab İlham Əliyevə veririk. Çünki məcburi köçkün idik, 30 il işğal altında olan torpağımızı 44 gün ərzində erməni tapdağından azad etdi. Onun üçün də yaşasın cənab İlham Əliyev”.

Şəhər sakini ADPU-nun müəllimi, dosent Alı Namazov: “Biz prezidentimizlə fəxr edirik. Dünyada onun kimi prezident yoxdur. Son zamanlarda da özünü təsdiq elədi. Mən şəxsən Ulu öndər Heydər Əliyevin pərəstişkarıyam. Mənə sual versəydilər ki, Heydər Əliyev Azərbaycana nə verdi? Mən deyərdim ki, nə vermədi? Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə - hər şeydə, hətta oğlunu da Azərbaycan üçün yetişdirdi. Siyasi xadimlər olub dünyada, onların oğulları yollarını davam etdirə bilmədi. Bu, bir daha təsdiq edir ki, bu gen mükəmməl gendir. Ona görə də İlham Əliyevin prezident seçilməsinə 99%-100% insan səs verəcək”.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə