"Bu seçki Azərbaycanın növbəti mühüm qələbəsi kimi qiymətləndirilməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu seçki Azərbaycanın növbəti mühüm qələbəsi kimi qiymətləndirilməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinin çox böyük əhəmiyyəti var. İlk dəfə Azərbaycanın bütün ərazilərində bu seçki baş tutacaq. Artıq torpaqlarımız azad olunub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də vətəndaşlarımız seçkidə iştirak edə biləcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, bu, Azərbaycanın növbəti mühüm qələbəsi kimi qiymətləndirilməlidir: "Bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında sıx birləşib. İnanıram ki, keçiriləcək növbədənkənar seçkilərdə də xalqımız öz həmrəyliyini göstərəcək. Dövlətimiz və xalqımız üçün xeyirlisini arzu edirəm".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə