“Azərbaycan Ulu Öndərin ideyaları ilə yaşayır” - Jalə Əliyeva

“Azərbaycan Ulu Öndərin ideyaları ilə yaşayır” - Jalə Əliyeva

“Bu gün hər birimiz üçün həm kədərli, həm şərəfli tarixdir. İndi də bundan sonra da Ulu Öndəri böyük bir ehtiram ilə anacağıq. Bugünkü inkişaf etmiş azad suveren Azərbaycan Heydər Əliyevin əsəridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

O, sözlərinə belə davam edib: “Şuşa azad olunarkən cənab İlham Əliyev Şəhidlər Xiyabanına gəldi və atasına öz hesabatını verdi. O dedi ki, “Şuşa artıq azaddır və mən ata vəsiyyətini yerinə yetirdim”.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. O, tamamilə məhv olmuş bir məkanı ayağa qaldırdı. Bayrağımızın beynəlxalq təşkilatların qarşısında dalğalanmasına şərait yaratdı. Ulu Öndərin başladığı lakin sona çatdıra bilmədiyi yeganə iş əlbəttə Qarabağ problemi idi. İlham Əliyev ötən 20 il ərzində bu vəzifənin öhdəsindən müvəffəqqiyyətlə gəldi. Bu gün biz Ulu Öndərin əməllərinin xoşbəxtliyini yaşayırıq. Biz əminik ki, Azərbaycan əbədi olaraq qalacaq. Çünki Azərbaycan Ulu Öndərin ideyaları ilə yaşayır. Bu Xiyaban hər bir zaman azərbaycanlıların öz sevgi və ehtiramını nümayiş etdirəcəyi ailə məkan olaraq adlandıracaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə