“Ölkənin siyasi qüvvələri arasında ciddi koordinasiya var“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı daxili vəziyyətimizin xarici amillərdən asılı olmadığını bildirib. Cənab Prezident əsaslandırıb ki, ölkəmizdə sabitlik var və kifayət qədər də sərhədlərimiz və torpaqlarımızı qorumaq gücündəyik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, biz xarici prosesləri ciddi şəkildə izləyir və müvafiq tədbirlər görürük: “Təsdiq olunan dövlət büdcəsində kifayət qədər müdafiə, təhlükəsizlik və Qarabağın quruculuğu üçün vəsait ayrılıb. Eyni zamanda siyasi qüvvələr arasında ciddi koordinasiya var və onlar dövlət məsələlərində birgə hərəkət edirlər. Bir neçə müxalif partiyanı çıxmaq şərtilə hər kəs dövlət üçün çalışır və xalqımız da bunu dəstəkləyir. Məhz bu səbəbdən də ölkəmizdə ciddi sabitlik mövcuddur. Belə bir halda isə bizim üçün hər hansı xarici təhdidlər ola bilməz.
Azərbaycan həm konstutision olaraq, həm də milli mahiyyətindən irəli gələrək tarixən tolerant dövlət olub və hər kəs vahid Azərbaycançılıq ideyası ətrafında vahid birləşmişdir. Buna görə də cənab Prezident bildirib ki, “daxili vəziyyətimiz xarici amillərdən asılı deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB