Azərbaycan 30 illik separatçılığa, terrorçuluğa son qoydu – ŞƏRH EDİLDİ
“Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvü kimi BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların üzvüdür. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu bir məkana çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin də diqqətindədir. Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Prezident İlham Əliyev çıxışında dediyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: "Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini tam bərpa etməli idi. Ermənistan tərəfi isə bunu sülh yolu ilə etmək istəmirdi. Təqribən 30 il ərzində bütün mümkün variantları danışıqlar masasına gətirsək də İrəvan imtina yolunu tutdu, maksimalist olmaqdan çəkilmədi. Azərbaycan isə beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərir. Qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanmasını təklif edir. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Qarabağ münaqişəsinə son qoyulub. Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmir, üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbini yerinə yetirmirdi. Sonuncu antiterror tədbirləri isə bütün suallara cavab Verdi, separatçı qurum özünü buraxdı, silahlılar tərksilah edildi və münaqişə birdəfəlik həllini tapdı. Bu gün Azərbaycan ədalətli sülh sazişi imzalamağa hazır olduğunu deyir. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur. Bununla da Azərbaycan sülhsevər siyasətini bir daha dünya ictimiyyətinə çatdırır. Azərbaycan mövqeyi dəyişməzdir və bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti, diplomatik siyasətinin reallıqlarıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB