Azərbaycanın Yaxın Şərq ölkələri ilə əməkdaşlığı dinamik inkişaf edir - ŞƏRH EDİLDİ
“Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri yeni əlaqələrin qurulmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin iqtisadi imkanlarının təqdimatında çox böyük rol oynadı. Səfər çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak, dünyanın bir sıra ölkələrinin rəsmiləri ilə təmaslar, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü diqqətçəkən məqamlarından oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasəti çoxvektorlu, iqtisadi əlaqələri şaxəlidir: “Ölkəmizin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dinamik inkişaf edir. Geosiyasi, eyni zamanda logistik imkanlarımız mövqeyimizi gücləndirən amillərdəndir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və ümumiyyətlə Azərbaycanın COP-28 iqlim sammitində iştirakı ölkəmizin beynəlxalq nüfuzunun artması nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Bir gerçəkliyi də söyləmək lazımdır ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra bizə olan münasibət xeyli dəyişib, müxtəlif dövlət, beynəlxalq təşkilat rəhbərlərinin ölkəmizə səfəri intensivləşib, bizimlə birgə müxtəlif layihələrdə iştirak etmək istəyən ölkələrin sayı artıb. Düzdür, burada etibarlı tərəfdaş olmağımızın da rolu az deyil. Prezident İlham Əliyevin Mərkəzi Asiya, Avropa, Yaxın Şərq və bir sıra dünya ölkələrinə rəsmi səfərləri zamanı yeni müqavilələrin bağlanması da dediklərimizə əyani sübutdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB