Paytaxtımız mötəbər tədbirlərin məkanıdır

Paytaxtımız mötəbər tədbirlərin məkanıdır

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri


Azərbaycan regional və qlobal tədbirlərin təşkilatçısı və təsəbbüskarı kimi çıxış edir. Dövlətimizin bu uğurlara Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən yüksək göstəricilərlə sahib olub. Ölkəmizin uğurlu
inkişaf tendensiyası, ölkədə mövcud olan ictimai-siyasi sabitlik burada birincir. Paytaxtımızda keçirilən Speca (SPECA – BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi də Dövlətimizin
inkişaf reallıqlarını ortaya qoymaqla tərəfdaşlarının da mövcud prinsiplərlə ayaqlaşdığını təsdiq etmiş oldu. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

A.Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı və vermiş olduğu mesajlar, Azərbaycanın yaratmış və formalaşdırmış olduğu yeni reallığın ifadəsi baxımından da olduqca vacib əhəmiyyət kəsb edirdi”.

1998-ci ildən əsası qoyulan SPECA proqramında ölkəmiz aktiv yer alıb. İyirmi beş ildir ki, həyata keçirilən SPECA proqramı bu illər ərzində ölkələr arasında hərtərəfli əlaqələrin uğurla inkişafında mühüm yer tutur. Dövlətimizin təşəbbüsü ilə baş tutan bu Zirvə görüşü üzv dövlətlər xüsusilə də Mərkəzi Asiya ölkələri
tərəfindən böyük dəstək qazanıb. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq etməkdədir.

YAP Abşeron rayon təşkilatının sədri Abbas əliyev bildirib ki, Cənab Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaq qismində iştirakı də xüsusi önəm kəsb edirdi: “SPECA yarandığı dövrdən keçən iyirmi beş ildə əsas çağırışlar arxada qalıb. Bu proqrama üzv olan ölkələr dövlət suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin vacib üzvünə çevrilməklə iqtisadi cəhətdən inkişaf edib. SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür.

Bununla yanaşı inkişaf, quruculuq prosesləri uğurla davam edir. Məhz bu kontekstdə uğurlu siyasət yürüdən dövlətlərlə yanaşı Ermənistan kimi başqalarının əlində oyuncaq olan, göstəriş və təlimatlarla hərəkət edən ölkələr də mövcuddur. Sözsüz ki, bu uğursuz, asılı siyasətin təzahürüdür. Ermənistan kimi ölkələrin siyasəti, iradəsi xalqlarının mövqeyinə deyil, xarici sponsorların əlində cəmləşibdir. Ermənistandan fərqli olaraq bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasında önəmli amil olan SPECA-ya üzv dövlətlər əsl müstəqil siyasət yürüdən ölkələrdir. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum da ölkələr arasındakı biznes əlaqələrinin inkişafına yeni imkanlar açacaq. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi üzv ölkələrdə gedən inkişafı nümayiş etdirdi. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Eyni zamanda Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkana çevrilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə