“Təmizləmə əməliyyatlarını davam etdirəcək” - MÜNASİBƏT

“İsrail ilə HƏMAS arasında elan olunan atəşkəsin çox uzun müddət davam edəcəyinə inanmıram. Böyük ehtimalla HƏMAS-ın davranışları uzun müddətli sülh əldə olunmasına imkan yaratmır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, İsrailin sadəcə atəşkəsə riayət etməsi daha çox vətəndaşlarını HƏMAS əsirliyindən və girovluğundan azad etməklə əlaqəlidir: “Bu həftənin son günləri ərzində istənilən kiçik bir qığılcım yenidən İsraili HƏMAS-a qarşı aktiv fəaliyyətə başlaması ilə nəticələnəcək. Tərəf kimi, Fələstini göstərmək doğru deyil. Burada İsrailin həyata keçirdiyi əməliyyatlar Fələstinə qarşı yox, birbaşa olaraq HƏMAS qruplaşmasına qarşıdır və İsraildən verilən bəyanatlar xüsusilə də ölkənin Baş naziri tərəfindən səslənən bəyanatlar göstərir ki, HƏMAS həm Qəzza zolağından, həm də İordan çayının qərb sahilindən təmizlənməyənə qədər İsrail ordusunun dayanmaq niyyəti yoxdur. Odur ki, sülhün imzalanmasını mən gözləmirəm və bu da yaxın bir ay ərzində İsrail ordusu təmizləmə əməliyyatlarını davam etdirəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə