"Alen Simonyanın açıqlaması məntiqsiz və absurddur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermnistanın 31 kəndinin işğal edilməsi ilə bağlı açıqlaması məntiqsiz və absurddur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: "Alen Simonyan belə açıqlamalarla Ermənistanın sülh müqaviləsi imzalamaqdan uzaq olduğunu nümayiş etdirir. Çünki, Azərbaycan ərazilərində suverənliyini bərpa edərək və müharibənin bitdiyini bəyan edərək Ermənistana sülh müqaviləsini imzalamağı təklif edib.

Sülh müqaviləsi imzalanacağı təqdirdə delimitasiya və demarkasiya prosesi çərçivəsində Ermənistan Azərbaycanın 8 kəndini qaytarmalı olacaq. Ona görə də Ermənistan rəhbərliyi təxribat xarakterli açıqlamalar verərərək kəndlərimizi geri qaytarmamaq üçün uydurma böhtanlar səsləndirir. Amma Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz ərazilərində suverenliyi təmin etdiyi kimi anklavlarını da qaytaracaq və Ermənistan rəhbərləri belə ucuz böhtanlarla işğalı davam etdirə bilməyəcəklər. Yaxşı olardı ki, Simonyan və digərləri reallığı dəyərləndirib təxribat yönümlü böhtanla dolu açıqlamalardan əl çəkərək regionda davamlı sülhün yaranmasına xidmət edən hərəkətlər etsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə