“Laçın haqqında təəssüratlarım əvəzolunmazdır” - LAÇIN SAKİNİ

“Laçın haqqında təəssüratlarım əvəzolunmazdır” - LAÇIN SAKİNİ

“31 il sonra bu günü yaşamağı bütün məcburi köçkün ailələrinə arzu edirəm. Mən illər sonra öz ata-baba yurduma qayıdıram. Təbii ki, bu günləri bizə yaşadanlara, Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, Rəşadətli Azərbaycan Ordusuna borcluyuq. Biz bu anları onların sayəsində yaşayırıq”. SİA xəbər verir ki, bu sözləri bu gün Laçına köç prosesi zamanı keçmiş məcburi köçkün ailəsinin üzvü Nərmin Yusifli deyib.

Nərmin Yusifli sözlərinə belə davam edib: “Laçın haqqında təəssüratlarım əvəzolunmazdır. Mən Laçını hər zaman mənasını bilmədiyim uca bir quşa bənzətmişəm. Sən demə həqiqətən də Laçın adının mənası bir quş demək imiş.

Gedib, yaşayıb yaradacağıq. Özüm 31 il öncə oradan çıxmasam da valideynlərim məni hər zaman vətən həsrəti, Laçın sevgisi ilə böyüdüb. Ona görə mən bu gün sanki 31 il əvvəl çıxdığım Laçınıma qayıdıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə