"Onların heç biri siyasi baxışı və mövqeyinə görə həbs edilməyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Onların heç biri siyasi baxışı və mövqeyinə görə həbs edilməyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hesab edirəm ki, mühacir jurnalist Əfqan Muxtarlı yenə də öz köhnə ampulasındadır və köhnə əqidəsinə uyğun olaraq həqiqətə daban-dabana zidd olan məlumatlar yayır. Bu məlumatların heç bir əsası yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat sözlərinə belə davam edib: "Ülvi Həsənli, İşçi Masasının rəhbəri Afiəddin Məmmədovun və Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının, Sevinc Vaqifqızı ilə bağlı məhkəmədə heç bir vəsadətin təmin edilməməsi niyə görə qanuna zidd əməl hesab edilməlidir? Bu niyə onların hüququnun pozulması kimi qiymətləndirilməlidir?

Adı çəkilən şəxslərin heç biri siyasi baxışı və mövqeyinə görə həbs edilməyib. Arif Hacılının oğlu avtoqəza vəziyyəti yaradaraq saxlanılıb. Digər şəxslərin qaçaqmalçılıq üzrə cinayət faktı üzə çıxıb və istintaq prosesi gedir. Bütün bunlar onu göstərir ki, bəzi şəxslər siyasi mövqeyi olan insanların cinayət əməlinə görə həbs edildikdə dərhal onlara siyasi məhbus statusu verməkdə maraqlıdırlar. Azərbaycanda siyasi məhbus yoxdur və ola da bilməz. Ölkəmizdə heç kim siyasi baxışına görə təqib olunmur. Ölkəmizdə konkret cinayət əməlinə görə həbs olunan şəxslər var və adı çəkilənlıər də bu qəbildəndir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə