“Azərbaycan Türkiyə əlaqələri dostluq, qarşılıqlı etimad və etibara söykənməklə tariximizin ən yüksək dövrünü yaşayır. Ölkələrimiz 100 il əvvəl də çətin günlərdə bir-birinin yanında olmuşdur. İki qardaş ölkə arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir" müdrük kəlamlara əsaslanır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, dostluğumuz tarixi sınaqlardan üzü ağ çıxıb. Azərbaycan müstəqilliyə ikinci dəfə qovuşanda "Ümüd körpüsü" vasitəsiə blokadada olan Naxçıvanın təminatında Türkiyə yanımızda oldu: “Üç il əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi dövründə də Türkiyənin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək haqq işimizin Zəfərlə başa çatdırılmasında bizə əlavə güc verdi. Şuşada imzalnmış müttəfiqlik haqqında Bəyannamə böyük siyasi xarakter almaqla ölkələrimiz arası qardaşlığının rəsmişlədirilməsi demək idi. Düzdür, müharibəni başa çatdıraraq ərazilərimizdə suverənliyimiz bərpa etmişik. Amma dünya güclərin ikili standartlardan yanaşaraq beynəlxalq hüququn ayaq altına atması yenidən təhlükə mənbəyinə çevrilməkdədir. Amma Türkiyə Prezidentinin açıq şəkildə bir daha hər zaman Azərbaycanın yanında olduğunu bəyan etməsi düşmənlərimizi yenidən düşünməyinə vadar edib. İşğaldan azad olunmuş ərazilərimizin yenidən quruılması və bərpası prosesində Türkiyə şirkətləri yaxından iştirak edərək işlərin yüksək keyfiyyətlə görməsinə və Böyük Qayıdışa qısa bir zaman kəsiyində başlamağımıza yol açıb”.
A.Badamov onu da bildirdi ki, Azərbaycan da hər zaman Türkiyənin yanındadır: “Türkiyədə baş vermiş əsrin ən faciəli zəlzələsi zamnı Azərbaycan heç soruşmadan zəlzələdən əziyyət çəkmiş bölglərə yardımlar göndərməyə başlamışdır. Dövlətimizin başladığı yardım kompaniyasına Azərbaycanın hər bir vətəndaşı qoşulmuş , hətta imkanı açağı olan Azərbaycan ailəsinin öz yataq dəstini avtomobilinə qoyaraq yardım yerinə göndərməsi qardaşlığımızın möhkəmliyinin göstəricisi idi. Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə ilk səfərini edən qardaş ölkədir. Həm də ölkəmiz Kahramanmaraşda zəlzələdən dağılmış bir şəhərciyin bərpasını öz üzərinə götürmüş və artıq Milli Məclis müvafiq maliyyənin ayırması üçün hökumətə razılığını bildirmişdir. Azərbaycan və Türkiyə tərcüməçisiz bir-birini öz ana dillərində başa düşən dünyada çox az xalqlardandır. Ölkələrimiz dünyada bir türk birıliyinin möhkəmlənməsinə töhfə verir. Məhz dəstəyimizlə fəaliyyətə başlayan Türk Dövlətləri Birliyi bu gün nüfuzlu beynəxalq təşkilata çevrilməklə yeni dünya nizamında özünəməxsus yerini tutmuşdur. Azərbaycan Türkiyə bir yumruq, bir ürəkdir. Ölkələrimiz həmişə bir ananın iki oğlu olaraq hər zaman bir yerdə olmaqla dünyaya ədaləti dəstəkləyən bir güc olduğunu nümayiş etdirəcəkdir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB