"Bəşəriyyət bilsin ki, sürüklənən bəşəriyyət qadınla yüksələcək" - Milli QHT Forumunun prezidenti
"Ümumiyyətlə Qoşulmama Hərəkatının Azərbaycanla əməkdaşlıq və Azərbaycanın həmsədr olduğu dövrdə birbaşa çox böyük bir beynəlxalq təşkilat kimi formalaşması istiqamətində xeyli irəliləyiş olub. Bunu Qoşulmama Hərəkatının üzv ölkələri də dəfələrlə öz çıxışlarında bildiriblər". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Rauf Zeyni sözlərinə belə davam edib: "Bu da bizim Prezidentimizin həm beynəlxalq fəaliyyəti çərçivəsində, həm də idarəetmə nöqteyi-nəzərdən göstərdiyi çox böyük nümunəvi xidmət oldu. Bundan irəli gələrək həm Qoşulmama Hərəkatının gənclər təşkilatları, həm də qadınlar hərəkatı ilə bağlı müəyyən irəliləşlər var.
Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətlənməsi mövzusunda Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” adlı belə bir konfransın keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir addımdır. Hər hansı bir beynəlxalq təşkilatın, o cümlədən Qoşulmama Hərəkatının qadınlar birliyi xətti ilə belə bir konfransın keçirilməsi bir daha Azərbaycanın beynəlxalq diqqət və qayğısının götəricisidir.
Biz həm Qoşulmama Hərəkatına, həm dünyada gedən proseslərə və eyni zamanda qadınların hüquq-azadlıqlarına çox böyük diqqət edirik. Beynəlxalq ictimai rəyin dəyişdirilməsi və daha çox ədalətə yönəlik olması ilə bağlı həm Türkiyədə, həm də Azərbaycanda çox vacib tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Çünki biz istər-istəməz türk müsəlman dövləti olduğumuza görə beynəlxalq ictimai rəyin öz xeyrimizə ədalətli olaraq dəyişdirilməsi istiqamətində çox ciddi addımlar atmalıyıq. Bu konfrans da çox ciddi addımlara xidmət edir.
Son olaraq böyük mütəfəkkir şairimiz Hüseyn Cavidin bu sözlərini qeyd etmək istəyirəm: "Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”. Bəşəriyyət bunu da bilsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə