“Müxalifətin hay-küyü stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil” -MÜNASİBƏT
“Əli Kərimli kimilərinin əldə etdiyimiz uğurlarımıza kölgə salmağa çalışmaları onların xəyanət yolu tutduğunu göstərir. Müxalifət düşərgəsini təmsil edən şəxslərin hay-küyləri stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, Qarabağın azad olunmasına görə, Prezident İlham Əliyevə və ordumuza borcluyuq: “Ordumuzun qəhrəmanlığı olmasaydı qısa bir müddətdə belə bir müvəffəqiyyətə nail ola bilməzdik. Hələ dünya hərb tarixində olmayıb ki, 44 gün ərzində düşmənə qarşı şərəflə, ləyaqətlə düyüş aparıb, qələbə qazanasan. Azərbaycan ordusu bunu bacardı. Bizim ordumuz bizim qürur mənbəyinizdir. Sapı özümüzdən olan baltaların Azərbaycanın uğurlarına qara yazmaları, ağa qara demələri kimi fikirlər səsləndirmələri heç də onlara baş ucalığı gətirməyəcəkdir. Bu cür hərəkətləri bir daha onu deməyə əsas verir ki, bu onalara xarici havadarları tərəfindən verilən növbəti tapşırıqdır. Yaxşı olardı ki, onlar bu hərəkətlərindən əl çəksinlər. Ümumiyyətlə, onların bu əməlləri insana və insanlığa yaraşan bir hal deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB