"Müxalifətçilər eyni cılız və dar düşüncə ilə fikir bildirməyə davam edirlər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Müxalifətçilər eyni cılız və dar düşüncə ilə fikir bildirməyə davam edirlər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Əslində gözlənilən o idi ki, bu qələbə hansı düşüncəyə və siyasi istiqamətə mənsub olmasından asılı olmayaraq hər bir azərbaycanlı tərəfindən dəstəklənsin, hər bir vətəndaşımız qələbə haqqında öz xoş təəssüratlarını bölüşsün". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlinin "Nəticəsindən asılı olmayaraq istənilən müharibənin qəhrəmanları olur: qalıb ordununku çox, məğlub ordununku az. Amma bizim qalıb gəldiyimiz müharibənin qəhrəmanları yoxdur, müzəffəri var" fikirlərinə münasibət bildirərkən deyib.

Deputat sözlərinə belə davam edib: "Bu qələbə bir nəfərə məxsus deyil. Buna biz cənab Prezidentin rəhbərliyi, xalqımıızn birliyi və qəhrəman vətən övladlarının şücaəti nəticəsində nail olduq. Ona görə də zəfərimizə kölgə salmaq istəyənlər gözlərinin önünə Azərbaycan xalqını gətirsinlər.

Bu qələbə Azərbaycan xalqının uzun illər məruz qaldığı xəbis plana son qoydu. Əgər müxalifət nümayəndələri bu qələbəni həzm edə bilmirlərsə, heç olmasa danışmasın, ən azından bu barədə fikir bildirməsinlər.

Biz necə möhtəşəm bir qələbə qazandıq. Bunu bütün dünya bilir. Amma təəssüf ki, özümüzünkülər zəfərimizi qiymətləndirə bilmirlər. Müxalifətçilər eyni cılız və dar düşüncə ilə fikir bildirməyə davam edirlər. Əlbəttə, bu da onların bir daha hansı təfəkkürdə olduqlarını açıq şəkildə göstərir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə