"Azərbaycan Fransanın bölgədə yer tutmasına imkan verməyəcək" -MÜNASİBƏT
“Fransa Ermənistanı silahlandırır və bu üsulla Cənubi Qafqaza yerləşmək istəyir. Afrikada itirdiyini mövqelərini Ermənistan vasitəsi ilə bu bölgədə qurmağa çalışır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.
Onun sözlərinə görə, Fransanın Afrikada itirdiyi mövqelərini Rusiya və Türkiyə tutub: “Ona görə də, Fransa imperiya siyasətini davam etdirmək istəyir. Yeni işğal yerleri yaratmağa çalışır. O yerlərdən də biri Cənubi Qafqazdakı Ermənistanı görür və burda qarşıdurmanı dərinləşdirmək istəyir. Fransa ATƏT-in keçmiş Minsk qrupunun keçmiş həmsədri olmasına baxmayaraq Ermənistana hər zaman dəstəkləyib və heç bir zaman Ermənistana qarşı tənqidi mövqe tutmayıb. Amma Azərbaycan dövləti Fransanın bu bölgədə yer tutmasına imkan verməyəcək. Çünki Azərbaycan və Türkiyə bölgədə sabitliyin olmasına çalışır və bunun olması üçün də sistemli ardıcıl, məqsədyönlü işlər görür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB