Hər bir ölkəni, xalqı dünyada tanıdan həm də onun parlaq tarixi şəxsiyyətləri - mütəfəkkirləri, elm adamları, siyasi xadimləridir. Tarixi şəxsiyyətlər təkcə öz dövlətlərinin, xalqlarının deyil, eyni zamanda, dünya tarixinin dəyişməsində mühüm rol oynayırlar.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi, ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də bütün həyatını xalqının, dövlətinin işıqlı gələcəyinə həsr edib və bu yolda usanmadan çalışıb. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının görkəmli nümayəndəsi Jan Jak Russonun sözlərinə görə, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Ulu Öndər də canından artıq sevdiyi vətəni Azərbaycan üçün bütün hünər və qəhrəmanlıqların ən möhtəşəmini və misilsizini edib. Bir sözlə, müstəqil, suveren və gənc Azərbaycanın memarı Heydər Əliyev insanlığın, şəxsiyyətin, dövlətçiliyin, azərbaycançılığın, dünyəviliyin, mübarizliyin bütününü özündə cəmləşdirirdi.
Xalq Ulu Öndərin seçiminə inanırdı və seçimində yanılmadı
Müasir və müstəqil Azərbaycanın tarixinə adını böyük və qızıl hərflərlə yazdıran Heydər Əliyev dünyada fenomen şəxsiyyət və müdrik siyasi xadim kimi ad, gələcək nəsillərə zəngin irs, dövlətçilik ənənələri miras qoyub. Ulu Öndər həm də “Mən ona özümdən çox inanıram” deyərək Azərbaycanın taleyini özündən sonra layiqli namizədə əmanət etməklə dövlətçiliyimizin, gələcəyimizin taleyini həll edib və biz bu gün onun nə qədər haqlı olduğunu görürük. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider ölkəmiz, xalqımız, dövlətimiz üçün əsrlərə bərabər nəhəng işlər gördü. Heydər Əliyevin yol xəritəsini cızdığı və planlaşdırıdığı işləri 2003-cü ildən Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir və Azərbaycan xalqını Qələbələrə aparan yolun əzəmətli mərhələsi məhz bu ildən başlayır. Onun “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri vətəndaşlara doğru seçim etməklə bərabər, həm də dövlətimizin taleyini, Qarabağın azadlığı uğrunda mübarizənin nikbin gələcəyini təmin etmək imkanı verdi. Xalq öz seçimində yanılmadı. Çünki bu seçimin doğruluğu çox qısa zaman kəsiyində öz təsdiqini tapdı.

Həmin vaxtdan cəmi 20 il keçib və Azərbaycan Prezidenti bu il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda xalqının etimadını doğrultduğunu dilə gətirdi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”. Və indi uğrunda canlar fəda edilən üçrəngli bayrağımız Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndi də daxil olmaqla, Azərbaycanın hər bir guşəsində qürurla dalğalanır”.
“Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir”, - deyən Ümummilli Lider Heydər Əliyevin ruhu indi şaddır. Çünki onun arzuları artıq reallığa çevrilib.
Müstəqillik əvəzolunmaz səadət, böyük xoşbəxtlikdir. Ulu Öndərin dediyi kimi, müstəqilliyin qazanılması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Əsl müstəqillik üçün iti zəka, siyasi iradə, qətiyyət, cəsarət, Vətənə təmənnasız sevgi və yüksək liderlik keyfiyyətləri tələb olunur. Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu keyfiyyətlərə malik Liderdir. Dövlətimizin başçısı çoxlarının bacarmadığı işi görüb. Ukrayna, Moldova, Gürcüstan kimi ölkələr hələ də münaqişələrdən əziyyət çəkdiyi halda, Azərbaycanın XXI əsrdə 200 ilin münaqişəsini həll etməsi böyük nadir tarixi hadisədir.
Prezident İlham Əliyev qəhrəmanlığın, liderliyin bütün çalarları ilə tarixin və yaşadığımız zamanın amansız gedişatını Azərbaycan xalqına və dövlətinə qarşı haqsızlıqlara, ədalətsizliyə sinə gərməklə kökündən dəyişməyi bacaran böyük siyasi xadim, dahi şəxsiyyətdir. O, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən mükəmməl cizgilərini xarakterində daşıyan Liderdir. O, Azərbaycanı qalib dövlət, qalib xalq etməyi bacaran müdrik dövlət başçısıdır. Qalib xalq isə hər zaman özgüvəni ilə bir addım öndədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin əsas və həlledici qəhrəmanı olması təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün beynəlxalq ictimaiyyətin yekdil qənaətidir. Vətən müharibəsində qazanılan hərbi uğur birmənalı şəkildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qələbəsi, onun sərkərdə düşüncəsinin və strategiyasının təntənəsidir. Prezident İlham Əliyev “Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur” deyən Ermənistana və onun havadarlarına güc yolu ilə ədalətin, haqqın bərqərar olmasının mümkünlüyünü bir daha sübut etdi.
Prezident İlham Əliyev 210 il bundan əvvəl Qacar dövləti ilə Rusiya imperiyası arasında bağlanan Gülüstan müqaviləsinin şərtlərini dəyişməyə müvəffəq olan mahir diplomat, siyasi xadim və sərkərdədir. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın əsarətdən azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiya silsiləsinə son qoyaraq və onun tarixində yeni dövr açıb. Beləliklə, Heydər Əliyevin şah əsəri müasir və müstəqil Azərbaycandırsa, İlham Əliyevin şah əsəri dünya tarixinə yeni reallıqları ilə qədəm qoyan bütöv Azərbaycandır.
Qələbəyə doğru addım-addım və zərgər dəqiqliyi ilə
Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də “Hakimiyyətin formulu” müəllif proqramına müsahibəsində həmyerlimiz Mixail Qusmanın ona ünvanlandığı “Təsəvvür edin, siz “zaman maşını”nda keçmişə qayıtmağı bacarmısınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz” sualına belə cavab verir: “...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb”.
Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il sentyabrın 27-dən başlayaraq noyabrın 8-dək davam edən Vətən müharibəsi, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimizə təhdid olan separatçı rejimin məhv edilməsi, müharibə canilərinin əli qandallı Bakıya gətirilməsi, bizə möcüzə kimi gələn Xankəndi, Xocalı və digər ərazilərimizdə Dövlət Bayrağımızın dalğalandırılması kimi qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır. Müzəffər Ali Baş Komandan həmin müsahibəsində haqqında açıq danışmadığı, sadəcə, yüksək ali məqsədin incə məqamla mesajını hələ o vaxt vermişdi. Demək ki, Azərbaycan əsas xəttin, əsas planın mükəmməl, qüsursuz bir şəkildə qət olunmasına zərgər dəqiqliyi ilə addım-addım, səbir və təmkinlə yaxınlaşırdı.

Azərbaycan Prezidenti noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda bu barədə bir daha vurğuladı: “Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldırması hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Zəfərimiz tamamlandı, bütün olduq, bütöv olduq.
Bu, xalqın arzularının onun qəhrəmanının – İlham Əliyevin düşüncəsində kök və boy ataraq yetişməsi idi. Dövlətimizin başçısı zərgər dəqiqliyi, mürəkkəb kombinasiyaları ilə tarix yazdı. Bu, xalqın beynində, tarixində, regionda yeni reallığın yaranması demək idi. Bu, Vətənini, xalqını canından artıq sevən, atası Heydər Əliyev kimi həyatının mənasını Azərbaycana həsr edən Liderin triumfu idi.
Yurdunu bütövləşdirən Prezident İlham Əliyev xalqının yanında olan, onun hüznünü, ağrı-acısını bölüşən sadə azərbaycanlıdır.
Azərbaycan son 20 ildə - statistik rəqəmlər
Əsrə bərabər 20 illik fəaliyyəti dövründə Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi, Cənubi Qafqazın lider dövlətinə çevirməyə müvəffəq olub.
Siyasət, dövlətçilik: 200 illik tarixi olan Qarabağ məsələsi öz müsbət həllini tapıb. Yəni, Vətən müharibəsi ilə 30 illik işğala son qoyulub və torpaqlarımız əsarətdən azad edilib.
Bu il sentyabrın 19-20-də lokal xarakterli antirerror tədbirləri ilə Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə erməni separatizminin kökü kəsilib.

Sosial sahə: Bu illərdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb, xalis minimum əmək haqqının xalis orta əmək haqqına nisbəti də 2003-cü ildəki 12 faizdən artaraq 41 faizə çatıb. Ünvanlı yardımın orta məbləği isə 11 dəfə artıb.
Ötən 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu müddətdə şəhid ailələri və müharibə əlillərinin təqaüdü 6 dəfə artırılıb, şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib.
İqtisadiyyat: Ölkə iqtisadiyyatı 4 dəfədən çox, büdcə xərcləri isə 30 dəfədən çox artıb.
Ordu quruculuğu: 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat təşkil edirdi, hazırda bu rəqəm 1 milyard 800 milyon manatdır. Qeyd edək ki, 2022-ci ildə ölkənin müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 499 milyon 238,9 min manat, 2023-cü ildə isə bu məqsədlə 5,3 milyard vəsait ayrılıb. 2024-cü il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsaitinin məbləği 6 milyard, 421 milyondan artıqdır.
Beləliklə, qazanılan nailiyyətlər və nəzərdə tutulan planlar onu deməyə əsas verir ki, Azərbaycanın zəfər yolu uzunmüddətli, inkişafı sonsuz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



