Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır - MÜNASİBƏT

Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır - MÜNASİBƏT

“1988-ci ildə baş verənlər ermənilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı başlatdıqları "Miatsum" avantürasına qarşı etiraz tədbirləri idi. 17 noyabrda başlanan mitinqlərlə hamının arzusu və tələbi “Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Azərbaycan tərkibində qalacağına Moskvadan təminat almaq idi. Ona görə də, Moskvada keçirilən hər müzakirədə ümid edirdik ki, Kreml rəhbərliyi Qarabağın Azərbaycan tərkibində qalacağını və onun Ermənistana verilməyəcəyini etiraf eləsin”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, o dövrdə heç ağlımıza da gəlməzdi ki, aradan 35 il keçəndən sonra Azərbaycan bugünki nəticələrin əldə edəcək: “O dövrdə xalqımız Qarabağı qorumaq qətiyyətini nümayiş etdirmək üçün “Azadlıq” meydanına toplaşmışdı. Çox ciddi narahatlıq keçirirdik, əhalinin bir hissəsində ümidsizlik yaranmışdı. Çünki göz qabağında idi ki, Moskva ermənipərəst mövqe tutur. Ancaq yenə də hamımız dərk edirdik ki, biz dayanmamalıyıq, ortaya mövqe qoymalıyıq və bu mövqeni də biz həmin o kütləvi mitinqlər vasitəsilə ortaya qoyduq. Bugünki böyük qələbəmizin bünövrəsi həmin günlərdə qoyuldu. Bütün dünya Azərbaycan xalqının qətiyyətini, torpağının hər qarşı uğurunda mübarizə aparmaq əzmini gördü. Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Bir sözlə, məhz Azərbaycan ordusunun peşəkarlığı, yüksək qələbə əhval ruhiyyəsi, döyüş ruhunun və istəyinin olması bu qələbəni reallaşdırdı. Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə