“ABŞ senatının qərarı Amerika imperializminin çirkin mahiyyətini göstərir” - POLİTOLOQ ŞƏRH ETDİ
“ABŞ senatı daim haqsızlıq və ədalətsizliyin əsas qalalarından biri olub. Azərbaycan əleyhinə çirkab kampaniyasının arxasında hər zaman ABŞ-a bağlı olan qüvvələr dayanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, ABŞ senatının bu cür qanunsuzluqlarının fonunda təkcə Cənubi Qafqaz regionu deyil, dünyanın bir çox coğrafiyalarında əyri-əskikliklər və ədalətsizliklər üst plana çıxıb: “Bu gün Azərbaycanın regional gücdən qlobal gücə çevrilməsi, torpaqlarımızın işğaldan azad edilməsi Qərbi ciddi narahat edən nüanslardan biridir. Bu prosesdə Qərb Azərbaycan əleyhinə fəaliyyət göstərmək üçün əlindən gələn bütün işləri göstərməyə çalışır.
ABŞ Amerikada yerləşən ANKA adlı Amerika-erməni mili komitəsi adlı diaspora təşkilatının təsiri altında Azərbaycanı özünün təsir dairəsinə salmaq istəyir. Lakin ABŞ-ın anlamadığı odur ki, Azərbaycan Ermənistan deyil və Azərbaycanı hansısa dövlətin siyasi təsir dairəsinə salmaq da mümkün deyil.
Ölkəmiz tam balanslı xarici siyasət kursu keçirib. Eyni zamanda Azərbaycan regional yox, qlobal gücdür. Bu baxımdan ABŞ senatının Azərbaycana yardımı dayandıran qanunu qəbul etməsi Amerika imperializminin iküzlülüyü və çirkin mahiyyətini növbəti dəfə göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB