Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizi ilə əlaqədar Azərbaycanla çox sıx əməkdaşlıq etdiklərini bildirib.
SİA-nın tütk saytlarından əldə etdiyi məlumata görə, Əbdülkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında çıxış edib.
Uralıqlu deyib:“Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu dəhlizin bütün türk dünyasını birləşdirəcək mühüm addım olduğuna inanıram. Bu xəttin ən qısa zamanda tamamlanması üçün Azərbaycanla çox yaxından işləyirik''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB